Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Rusiya Mariupolda parad keçirməyə hazırlaşır


Rusiya Ukraynanın Mariupol şəhərində 9 may Qələbə Günü ilə bağlı parad keçirməyə hazırlaşır.

Yenixeber.org: Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Bildirilib ki, Rusiya Prezident Administrasiyası rəhbərinin Rusiyanın daxili siyasətinə cavabdeh olan birinci müavini Sergey Kiriyenko Mariupola gəlib:
“Putin rəsmisinin əsas vəzifəsi mayın 9-da keçiriləcək “təntənəli tədbirlərə” hazırlaşmaqdır. İrqçilərin planlarına görə, Mariupol “bayramlar”ın mərkəzinə çevrilməlidir. Bu məqsədlə şəhərdə mərkəzi küçələr təcili olaraq dağıntılardan, həlak olanların cəsədlərindən və partlamamış hərbi sursatların qalıqlarından təmizlənir”.
Qeyd edilib ki, rusiyalı jurnalist Volodimir Solovyov və qondarma Donetsk Xalq Respublikasının rəhbəri Denis Puşilin müvafiq materiallar hazırlamaq üçün Mariupola səfər ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam