Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ARB-nin yayımı 3 saatlıq dayandırılır-SƏBƏB

 Audiovizual Şura “ARB” televiziyasının yayımının 3 saatlıq dayandırılması haqqında qərar qəbul edib. 

Yenixeber.org: Şuranın yaydığı məlumata görə, 5 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib. İclasda 25 aprel – 5 may 2022-ci il tarixləri arasında ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının monitorinqinin nəticələri müzakirə olunub.

Monitorinqlər zamanı “ARB” televiziya yayımçısının efirində 3 may 2022-ci il tarixdə saat 13:35 - 15.30 arası yayımlanan “Elgizlə izlə” proqramında zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya yol verilməsi və bununla “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.15-ci maddəsinin tələblərinin pozulması faktı qeydə alınıb. Bu səbəbdən, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 41.1.1-ci və 41.5-ci maddələrinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurası iclasda “ARB” televiziya yayımçısının proqramlarının yayımının 8 may 2022-ci il tarixdə saat 09.00-dan 12.00-dək 3 (üç) saatlıq dayandırılması haqqında qərar qəbul edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam