Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

Britaniya MN:"Rusiyanın yüksəkdəqiqlikli sursatı xeyli tükənib"

 

“Ukraynaya təcavüzünün başlanğıcında Rusiya yüksəkdəqiqlikli zərbələr endirmək və yan fəsadları məhdudlaşdırmaq qabiliyyətini açıq şəkildə təbliğ edirdi. Həmin təbliğatda Ukrayna şəhərlərinin bombardmanlardan təhlükəsiz olacağı bildirilib”.

Yenixeber.org: Bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Bununla belə, münaqişə müharibəöncəsi gözləntilərindən uzun çəkdiyi üçün Rusiyanın yüksəkdəqiqlikli sursat ehtiyatı, çox güman ki, xeyli tükənib.

Bu vəziyyət asanlıqla əldə edilə bilən, lakin köhnəlmiş, daha az etibarlı, daha az dəqiq və daha asan zərərsizləşdirilən sursatların istifadəsini məcbur edib. Rusiyaya, yəqin ki, artıq tükətdiyi yüksəkdəqiqlikli silahları əvəz etmək çətin olacaq.

Rusiyanın Ukraynaya müdaxiləsi onun genişmiqyasda yüksəkdəqiqlikli zərbələr endirmək qabiliyyətinin çatışmazlıqlarını üzə çıxarıb. Rusiya Ukraynanın qəsəbə və şəhərlərini dinc əhali arasında itkiləri nəzərə almadan intensiv və hərbi ilə mülki infrastruktur arasında fərq qoymadan bombardmanlara məruz qoyub”, - məlumatda vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam