Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

Yüksək hava çirkliliyinə görə məktəblər bağlanıb -Tehranda

İranın paytaxtı Tehranda yüksək hava çirkliliyinə görə ibtidai siniflər bağlanıb.

Yenixeber.org: Tehran merinin müavini Abid Mələki şəhərdə havanın çirklənmə səviyyəsi və görülən tədbirlərlə bağlı açıqlamalar verib.

Mələki dünən verdiyi açıqlamada qeyri-sağlam hava şəraiti ilə əlaqədar fövqəladə hallar komissiyası yaradıldığı və komissiyasının qərarına əsasən məktəbəqədər, ibtidai məktəblər və əlillər üçün xüsusi məktəblərin tətilə buraxıldığı bildirilib. 

Paytaxtda hava çirkliliyinin səhər saatlarından etibarən 201 mikroqram/kubmetr səviyyəsində müəyyən edildiyini bildirən Mələki, orta məktəb və lisey şagirdlərinin də çöldə idman etməsinin qadağan edildiyini qeyd edib.

Qeyd edək ki, şəhərdə əhalinin sıxlığı, həmçinin köhnə model avtomobillərin və geniş istifadə olunan motosikletlərin işlənmiş qazları Tehranda havanın çirklənməsini artıran amillərdəndir.

Xatırladaq ki, dünyanın hava çirkliliyi reytinqində ilk 3 şəhər arasında yer aldığı bildirilən Tehranda bu səbəbdən məktəblər tez-tez tətil edilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam