Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

Ermənistan ziyalıları Paşinyanı sülh müqaviləsi bağlamağa çağırıblar

Ermənistanın bir qrup ziyalısı ölkənin Baş naziri Nikol Paşinyana müraciət edərək Azərbaycanla danışıqları sülh müqaviləsi imzalamaqla başa çatdırmağı xahiş edib.

Yenixeber.org: “Ermənistanın Respublikasının dövlət bayramları siyahısına əsasən, 9 may “Qələbə və Sülh bayramı” kimi qeyd olunur.

Biz, aşağıda imzası olan Ermənistan vətəndaşları bu günün tövsiyəsini sülhün aydın tələbi kimi şərh edirik, çünki sülh qələbədir, sülhsüz “qələbə” isə məğlubiyyətdir. Biz sülhə alternativin olmadığına israr edirik. Bu, “məğlubun boynuna keçirilmiş ilgək” yox, Ermənistan xalqının sülh şəraitində yaşamaqla bağlı 2021-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə ratifikasiya olunmuş azad ifadəsidir”, - müraciətdə deyilir.

Onlar daha sonra müraciətlərində yazıblar: “Müharibə fəlakətindən əziyyət çəkən xalqımızın ağrı və kədərini, vətəndaş cəmiyyətindən olan həmkarlarımızın bütün haqlı narahatlıqlarını bölüşərək, heç bir “əmma” olmadan sülh tələb edirik”. (Epress.am)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam