Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qarabağda bərpası nəzərdə tutulan abidələrin siyahısı açıqlanıb

Emin Hüseynov

"Münaqişədən sonra biz bərpa və yenidənqurma mərhələsinə başlamışıq. Buradakı mədəni irs Azərbaycandakı mədəni müxtəlifliliyi əks etdirir".

Yenixeber.org: Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunan ərazilərdə (Şuşa istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şuşadakı "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, artıq Qarabağda bir sıra abidələrin bərpası prosesi başlayıb: "Biz artıq Ağdam Cümə məscidinin və Xocavənd və Tərtər rayonlarındakı xristian abidələrinin bərpasına başlamışıq".

Emin Hüseynov gələcəkdə bərpası nəzərdə tutulmuş mədəni irslərin də adını çəkib: "Eyni zamanda, Xurşudbanu Natəvanın heykəlinin, Nizaminin məşhur qəhrəmanı olan Fərhadın Ağdamdakı heykəlinin, İmarət sarayının və İmarət stadionunun bərpasını da planlaşdırmışıq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam