Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Fond direktoru:“Qarabağın mədəni irs abidələrinin çoxu dağıdılıb"

 “Qarabağda mədəni irs abidələrinin çoxu dağıdılıb”.

Yenixeber.org: Bunu “Müdriklik” Fondunun direktoru Zinat Şaukatali bildirib.

Onun sözlərinə görə, “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda Şuşada keçirilən beynəlxalq konfrans regionda mədəni irsin qorunub saxlanması və bərpası baxımından unikal və zəruridir.

“Burada mədəni abidələr dağıdılıb. Bu ərazilər tarixi əhəmiyyətə malikdir. Bu səbəbdən onları qoruyub saxlamaq nəinki lazımdır, hətta vacibdir”, - o deyib.

Fond direktoru işğaldan azad edilmiş ərazilərin minalarla çirkləndirilməsi təhlükəsinə toxunub: “Minalar ölüm gətirir. Bəs niyə onlardan istifadəyə icazə verilir?! BMT minalardan istifadəyə görə cəza nəzərdə tutan qanun qəbul etməlidir. İstədiyin yerdə mina basdırmaq olmaz. Bu, sivil hərəkət deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam