Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycanın bank sektorunun aktivləri 40 milyard manatı keçib

 

Bu il mayın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 40 149,2 milyon manat təşkil edib.

Yenixeber.org: Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, ötən il mayın 1-i ilə müqayisədə 22,4 % çoxdur.

Bankların aktivlərinin 16 645,9 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 23,9 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 41 %-dən 41,5 %-ə yüksəlib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 25,3 % artaraq 35 159,2 milyon manata, o cümlədən depozit portfeli 33,9 % artaraq 28 613,7 milyon manata çatıb. Bunun 10 340,4 milyon manatı fiziki, 18 273,3 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 25,8 %, şirkətlərin banklardakı vəsaitləri isə 39 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 12,2 % azalaraq 326 milyon manat olub.

Sektorun balans kapitalı isə 5,5 % artaraq 4 990,0 milyon manat təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam