Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Putin Ukrayna limanlarından taxıl ixracı üçün şərt qoydu

Putin Ukrayna limanlarından taxıl ixracı üçün şərt qoydu

Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında təsdiqləyib ki, Rusiya tərəfi sanksiyaların ləğvi şərti ilə gübrə və ərzaq ixracına hazırdır.
Yenixeber.org: Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Putin bildirib ki, müvafiq anti-Rusiya sanksiyaları ləğv edilərsə, Rusiya əhəmiyyətli həcmdə gübrə və kənd təsərrüfatı məhsulları ixrac edə bilər. Həmçinin Putin Ərdoğanla söhbətində Rusiya Federasiyasının Türkiyə ilə razılaşdırılmış şəkildə malların maneəsiz dəniz tranzitini asanlaşdırmağa hazır olduğunu qeyd edib.

Ukraynadakı vəziyyət müzakirə edilərkən diqqət Qara və Azov dənizlərində təhlükəsiz naviqasiyanın təmin edilməsi, onların sularında mina təhlükəsinin aradan qaldırılmasına yönəldilib. Vladimir Putin Rusiya tərəfinin türk tərəfdaşları ilə razılaşdırılaraq malların maneəsiz dəniz tranzitini asanlaşdırmağa hazır olduğunu qeyd edib. Bu, Ukrayna limanlarından taxıl ixracına da aiddir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam