Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

TQDK-dan abituriyentlərə müraciət

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına və Hərbi Liseylərə qəbul olmaq istəyən şəxslərə müraciət edib.

 

"Xeberinfo.com":   Komissiyadan Trend-ə verilən məlumata görə, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına və Azərbaycan Respublikasının hərbi liseylərinə qəbul imtahanı iyulun 30-da keçiriləcəkdir.

TQDK həmin tədris müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərin nəzərinə çatdırır ki, "İmtahana buraxılış vərəqəsi" iyulun 25-dən TQDK-nın internet saytında yerləşdiriləcək.

Burada imtahanın başlanma vaxtı və yeri, imtahan zalının kodu və digər zəruri məlumatlar əks olunur. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam