Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

"DEPUTATLARIN STATUSU HAQQINDA" QANUNDA HANSI DƏYİŞİKLİKLƏR EDİLDİ?-Əvvəl və sonra

Yenixeber.org: Milli Məclisin nöbədənkənar sessiyasında “Milli Məclisin deputatlarının statusu haqqında” qanuna dəyişiklik edilib. Qanun 1 iyul 2022-ci il tarixindən qüvvəyə minib. Qanuna edilən dəyişiklikləri təqdim edirik:

 Maddə 21. Deputatın maddi təminatı

Əvvəl: “Deputat nümayəndəlik səlahiyyətini yerinə yetirməsinə görə hər il öznünü iki aylıq vəzifə maaşı məbləğində müavinət alır”.

Sonra: “Deputatara səlahiyyətlərinə yerinə yetirmələrinə görə hər il verilən iki aylıq vəzifə maaşları ləğv edilir”.

Əvvəl: “Mili Məclisin sədri 2475 manat məbləğində aylıq vəzifə maaşı alır”

Sonra: “Milli Məclisin sədrinin aylıq vəzifə maaşı 3550 manata artırılır”.

Əvvəl: “Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, komitə və komissiya sədrləri və onların müavinləri, deputatlar hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşlarına əlavə alırlar”

Sonra: “Milli Məclsin Sədri, onun birinci müavini və müavinləri, komitə və komissiya sədrləri və onların müavinləri, deputatlar hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alırlar”.

Əvvəl:”Milli Məclsin Sədri,onun müavinləri, deputatlar səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar”.

Sonra: “Bu müavinət ləğv edildi”

Maddə 29. Deputatın məzuniyyəti

Əvvəl: “Deputatlar məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşları məbləğində müavinət alırlar”.

Sonra: “Bu müavinət ləğv edildi”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam