Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Səyyar ASAN xidmət Zəngilanda vətəndaşlara xidmət göstərib

Səyyar ASAN xidmət Zəngilanda vətəndaşlara xidmət göstərib  
Avqustun 9-da Səyyar ASAN xidmət Zəngilan rayonunun Ağalı kəndində vətəndaşlara xidmət göstərib.
Yenixeber.org: Bu çərçivədə vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi, dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi xidməti həyata keçirilib.

Xatırladaq ki, avqustun 4-də Zəngilan rayonunun Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzi fəaliyyətə başlayıb.

Mərkəzdə mövcud olan "ASAN xidmət" köşkü vasitəsilə isə kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin edilir.

Belə ki, "ASAN xidmət" əməkdaşı tərəfindan onlara müəyyən onlayn xidmətlər üzrə yerində, digər növ xidmətlər üzrə isə müraciətləri qəbul edilməklə Səyyar ASAN xidmət vasitəsilə xidmət göstərilir.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam