Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

AZAL noutbuk qadağası ilə bağlı açıqlama verdi

 

AZAL öz sərnişinlərinə Naxçıvana noutbuk aparmağı qadağan etməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

 

"Xeberinfo.com":   Məlumata görə, Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski azvision.az-a bildirib ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olaraq, aviasiya təhlükəsizliyi nəzarətindən keçərkən elektron cihazlar, o cümlədən noutbuk, əl yükündən çıxarılmalı və ayrıca olaraq skaner üzərinə qoyulmalıdır. 

QSC rəsmininin sözlərinə görə, həmçinin təhlükəsizlik məqsədilə elektron cihazlar işə salınmalıdır: “Bildiririk ki, noutbukların daşınmasına heç bir yeni qadağa qoyulmayıb. Azərbaycanın beynəlxalq hava limanlarında təhlükəsizlik nəzarəti milli qanunvericilik aktlarına tam uyğun şəkildə aparılır”. 

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, AZAL tərəfindən Bakıdan Naxçıvana noutbuk aparmaq qadağan edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam