Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

AZAL-ın "qara siyahısı": Hazırda 82 nəfərdir

Hal-hazırda “Azərbaycan Hava Yolları” QSC-nın (AZAL) arzuolunmaz sərnişinlərin siyahısına 82 nəfər daxildir.

 

Xeberinfo.com:   Bu barədə azvision.az-a açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Onun sözlərinə görə, sərnişinlər aviasiya təhlükəsizliyinin müəyyən olunmuş normaları, qaydaları və tələblərini pozduğu halda məsuliyyət daşıyır.

“Hava gəmisinin bortunda sərnişinin davranışı digər sərnişinlər, əşyalar, hava gəmisi və ya onun ekipajı üçün təhlükə törətməməlidir. Uçuş zamanı hava gəmisində sərnişinlərə siqaret çəkmək, göyərtədə sərxoş vəziyyətdə olmaq, təyyarənin qalxması və enişi zamanı elektron vasitələrdən istifadə etmək qadağandır. Telefon cihazından yalnız uçuş rejimini aktivləşdirdikdə istifadə etmək mümkündür. Sərnişin bu qayda pozuntularına yol verdikdə ona qarşı akt tərtib olunur və o, aviaşirkətin arzuolunmaz sərnişinlər siyahısına daxil edilir”.

P.Kəsəmənski vurğulayıb ki, “Azərbaycan Hava Yolları”-nın (AZAL) arzuolunmaz sərnişinlərin siyahısı ilə aviaşirkətin saytında tanış olmaq mümkündür. Saytda bununla bağlı xüsusi bir bölmə mövcuddur ki, burada sərnişinin adı, soyadı və passport nömrəsini yazaraq sərnişinin arzuolunmaz sərnişinlərin siyahısında olub-olmaması və əgər siyahıya daxil edilmişdirsə, hansı səbəbdən daxil edilməsi barədə məlumat almaq mümkündür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam