Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycanda “Jurnalistika” ixtisası üzrə magistr təhsili almaq mümkün olacaq

Azərbaycanda “Jurnalistika” ixtisası üzrə magistr təhsili almaq mümkün olacaq.

Yenixeber.org: Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qeyd olunub ki, hazırda ölkədə müxtəlif sahələr üzrə əsaslı biliklərə, bacarıq və səriştələrə malik olan, daha dərin təhlillər aparmağı bacaran jurnalistlərə olan tələbatı ödəmək məqsədilə magistratura səviyyəsində “Jurnalistika” ixtisaslaşmasının açılmasına ehtiyac duyulur. Bununla əlaqədar Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə ali təhsilin magistratura səviyyəsi üzrə mövcud ixtisaslaşmaların siyahısına “Jurnalistika” ixtisaslaşması əlavə edilib.

Bundan əlavə, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs üzrə Hüquq və İnsan Haqları İnstitutuna fəlsəfə doktoru və elmlər doktoru üzrə doktorantura səviyyəsi yaratmaq səlahiyyəti verilib. Nazirlər Kabineti bununla bağlı “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam