Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiyada iki gündür hərbi komissarlıqlara "Molotov kokteyli" atılır

Rusiyada iki gündür hərbi komissarlıqlara    "Molotov kokteyli" atılır  
Rusiyada sentyabrın 23-də azı iki hərbi komissarlığın binasını yandırmaq istəyiblər.
Yenixeber.org: "Xabarovsk seycas"ın yaydığı məlumata görə, şəhərin hərbi komissarlığının pəncərəsindən “Molotov kokteyli” atıblar. Nəticədə iki otaq yanıb. Ölən və yaralananlar olmayıb.

Həmçinin, "Baza" nəşrinin məlumatına görə, Amur vilayətinin Svobodnı şəhərində də hərbi komissarlığı yandırmağa cəhd ediblər. Atılan "Molotov kokteyli" binanın fasadına ziyan vurub.

Bundan başqa, Volqoqrad vilayətinin Kamışin şəhərinin rəhbərliyi naməlum şəxslərin Oktyabrskaya küçəsindəki inzibati binaya yanğın törədən əşyalar atdığını bəyan ediblər.

“Nəticədə binaya cüzi ziyan dəyib”, - rəsmilər bildiriblər."Kostroma.News" isə Kostromada elan olunan məlum səfərbərliyə görə şəhər hərbi komissarlığının təhqirlərə məruz qaldığını yazıb. Hətta komissarlığın divarına “Anusunu səfərbər et, küçükt! Bu, sizin şəxsi ordunuz deyil!" sözləri yazılıb.

Xatırladaq ki, dünən ən azı dörd hərbi komissarlığın yandırılması barədə məlumat yayılmışdı. Bunlar Sankt-Peterburqda, Nijni Novqorodda, Orenburq vilayətində və Zbaykal diyarında baş verib. Tolyattidə isə inzibati binaya molotov kokteyli atılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam