Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Neftçalda Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan hərbiçilərimizin ailələrini ziyarət edilib

 

Neftçala Rayon Polis Şöbəsinin rəhbərliyi və əməkdaşları, eləcə də Daxili Qoşunlarının hərbi qulluqçuları torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan hərbiçilərimizin ailələrini ziyarət ediblər.

Yenixeber.org: Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları olmuş Rauf Süleymanov, Şahlar Məmmədov və Səid Cəfərovun ailə üzvlərinin qonağı olan polislər və hərbi qulluqçular görüş zamanı onların qayğıları ilə maraqlanıb, şəhidlərimizin Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, qələbə əzmindən danışıblar. Bildirilib ki, müqəddəs amal uğrundan canlarından keçən mərd oğullarımızın əziz xatirələri hər zaman qəlbimizdə yaşayacaq və onların igidlikləri gələcək nəsillər üçün örnək olacaq.

Şəhid ailələri də onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Görüşlərin sonundan RPŞ-nin kollektivi və hərbi qulluqçular şəhidlərin məzarlarını ziyarət edərək, önünə əklil və gül-çiçək dəstələri qoyublar.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam