Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qubada universitet tələbələrinə “ağ ölüm”ün fəsadları barədə ətraflı məlumat verilib

Qubada universitet tələbələrinə “ağ ölüm”ün fəsadları barədə ətraflı məlumat verilib

Yenixeber.org: Yeniyetmə və gənclərimizi zərərli vərdişlərdən qorumaq, narkotik vasitələrin cəmiyyətdə törətdiyi fəsadlarla bağlı onları məlumatlandırmaq məqsədilə polis əməkdaşları tərəfindən yeni dərs ilində də təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir.

Növbəti belə tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialında  Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilib. “Narkomaniyasız sağlam həyat” mövzusunda keçirilən görüşdə polis əməkdaşları və veteranlar, tələbələr, eləcə də müəllimlər iştirak ediblər.

RPŞ-nin rəis müavini  polis polkovnik-leytenantı Vüsal Rüstəmov çıxışında ölkəmizdə sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlərdən, narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən söz açıb. Vurğulanıb ki, cəmiyyətin hər bir üzvü bu məsələdə öz məsuliyyətini dərk etməli və “ağ ölüm”ə qarşı fəal mövqe sərgiləməlidir.

Sonra mövzu ətrafında çıxış edənlər  öldürücü bəlanın pəncəsindən yaxa qurtarmağın yolları barədə danışıblar. Diskussiya şəklində davam edən tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb  və sonda  narkomaniyanın fəsadları ilə bağlı sosial videoçarx nümayiş edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam