Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

"Erkən nikah, düşünülməmiş addım" mövzusunda təlim-seminar keçilib-FOTO

 
Şirvan Şəhər Gənclər evində "Erkən nikah, düşünülməmiş addım" mövzusunda təlim-seminar keçilib.
Yenixeber.org: Tədbirdə Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları, Təhsil şöbəsinin və Mərkəzi Xəstəxananın nümayəndələri, eləcə də Şirvan Şəhər Peşə Məktəbinin tələbələri iştirak ediblər. Görüşün əvvəlində işğal altında olan torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsində canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə ŞPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Farid Vəliyev erkən nikahların fəsadları barədə çıxış edərək tədbir iştirakçılarına yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edib. Tələbələrə əsasən təhsilə maraq göstərməli olduqlarını bildirən rəis müavini, onların gələcəyin müasir biliklərə yiyələnmiş mütəxəssislər kimi yetişmələrinin önəmindən danışıb.
Tədbirdə çıxış edən digər iştirakçılar da bu cür halların yolverilməz olduğunu, gənclərin yeniyetmə vaxtlarında erkən nigaha daxil olması qanunla qadağan olduğunu bildiriblər.
Tədbir zamanı erkən nikahların fəsadları ilə bağlı videoçarxlar nümayiş etdirilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam