Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

UNDP ofisinin azərbaycanlı əməkdaşları Şuşaya səfər ediblər

 

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Bakı ofisinin azərbaycanlı əməkdaşları Şuşada olublar.

Yenixeber.org: Səfər ötən bazar günü bu qurumun azərbaycanlı əməkdaşlarının təşəbbüsü ilə təşkil olunub və xüsusi xarakter daşıyıb. Təşkilatın əməkdaşları bərpa işlərinin gedişi, görməli yerlər və memarlıq abidələri ilə tanış olub, həmçinin Cıdır düzündə gəzintiyə çıxıblar.

İşğaldan azad edildikdən sonra Azərbaycanın mədəniyyət paytaxtı hesab olunan şəhəri minlərlə qonaq ziyarət edib. Onların arasında çoxsaylı rəsmi şəxslər və müxtəlif ictimai təşkilatların nümayəndələri ilə yanaşı, Azərbaycan vətəndaşları, o cümlədən Şuşa şəhərinə turizm məqsədilə səfər edənlər də var.

Getdikcə daha çox Azərbaycan vətəndaşı ölkənin işğaldan azad edilmiş ərazilərinə səfər etmək imkanı əldə edir. Məlum olduğu kimi, turizm işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və inkişafı üçün prioritet sahələrdən biri kimi seçilib. Bu səbəbdən ərazilərə ziyarətçi axınının durmadan artacağı gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam