Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Zatulindən sonra Simonyanın da İrəvana girişi qadağa edildi

Zatulindən  sonra  Simonyanın da İrəvana girişi qadağa edildi  
Xəbər verdiyimiz kimi dünən ermənilərin dostu kimi tanınan Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr üzrə komitəsinin sədri Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyulub.
Bu gün isə məlum olub ki, Ermənistan hökuməti “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin və "Russia Today" (RT) telekanalının baş redaktoru Marqarita Simonyanı da "persona-non-qrata" elan edib.

- Uzun illərdir ki, Ermənistanın qatı himayədarı olan Konstantin Zatulinin Ermənistana girişi İrəvanın hazırkı rəhbəri tərəfindən qadağan edilib. Yeri gəlmişkən, elə mənə də qadağa qoyulub, - Simonyan sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, dünən Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın nəzarət etdiyi "Aykakan Jamanak" qəzeti Zatulinin qara siyahıya düşməsi barədə məlumat yaydı.

Konstantin Zatulinlə yanaşı Marqarita Simonyan da daha çox Azərbaycan əleyhinə fəaliyyətlər və açıqlamalar verməsi ilə tanınır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam