Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

54 gün erməni mühasirəsində qalmış azərbaycanlılarla bağlı “Parabüzən” filmi təqdim olunacaq

 

Vətən müharibəsi nəticəsində 30 ilə yaxın erməni işğalı altında qalan torpaqlarımız azad olundu. Birinci Qarabağ müharibəsi zamanı həmin torpaqlarda ermənilərin törətdiyi barbarlıq, vəhşilik, soyqırım və faciələri təsdiqləyən bir çox sübut və dəlillər də üzə çıxdı.

Yenixeber.org: Həmin dövrdə 19 Azərbaycan vətəndaşı Laçın rayonunun işğalı zamanı 54 gün erməni mühasirəsində qalıb. Hadisələr 1993-cü ilin martın 31-dən mayın 23-dək cərəyan edib.

Qeyd olunan ərəfədə hadisələrin baş verdiyi yerləri lentə almaq, faktları canlı şahidlərin müsahibələri ilə sənədləşdirmək məqsədilə “Global Media Group” şirkətinin dəstəyi ilə “Parabüzən” sənədli filmi çəkilib.

Filmin baş qəhrəmanları 29 il əvvəl hadisələrin baş verdiyi ərazilərə - Kəlbəcər və Laçın rayonlarına baş çəkiblər. Filmin quruluşçu rejissoru və ssenari müəllifi Ayaz Mirzəyev, operatoru Ağa Nağıyev, montajçı Arzum Nuruşzadədir.

“Parabüzən” filmi yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam