Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ukraynaya 40 raket atılıb-bir neçə vilayətdə partlayışlar törədilib

 

Ukraynanın hava məkanına oktyabrın 31-də səhər saatlarında 40-a yaxın raket atılıb, ölkənin bir neçə vilayətində partlayışlar törədilib.

Yenixeber.org: Bu barədə Ukrayna daxili işlər nazirinin baş müşaviri Anton Geraşenko bildirib.

Belə ki, Kiyevdə partlayış baş verib və bundan sonra elektrik enerjisi kəsilib.

Krivoy Roq şəhərinin meri Aleksandr Vilkul bildirib ki, bu yaşayış məntəqəsi istiqamətində raket atılıb.

Bundan başqa Ukraynanın Vinnitski, Kirovoqrad, Polavski və Kiyev vilayətlərində partlayış olub.

Xarkov vilayəti hərbi administrasiyasının başçısı Oleq Sinequbov sosial şəbəkə hesabında yazıb: “Xarkov vilayətinin sakinləri sığınacaqdadır. İşğalçılar zərbə endirir. Rusiya hərbçiləri Ukraynanın Xarkov şəhərində həyati vacib obyektləri atəşə tutublar”.

Həmçinin qeyd olunub ki, Ukraynanın Zaporojye şəhərində də partlayışlar törədilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam