Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiya XTQ-si Ukraynada yenilənmiş zirehli maşınlardan istifadəyə başlayıb

Rusiya XTQ-si Ukraynada yenilənmiş zirehli maşınlardan istifadəyə başlayıb  
Rusiya qoşunlarının Xüsusi Təyinatlı Qüvvələri (XTQ) Ukraynada müharibə zamanı əlavə qoruyucularla yenilənmiş "VPK-Ural" zirehli avtomobilindən uğurla istifadə edəcək. 
Yenixeber.org: Bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Qeyd edilir ki, artıq XTQ döyüşlərdə sınaqlar keçirib. AMN-590951 VPK-Ural adlı zirehli maşınında mühərrik bölməsi və damdakı pulemyotçu yeri üçün əlavə mühafizə işləri görülüb. Mənbə söyləyib ki, ondan uğurla istifadə olunur. Amma müsahib maşınının hansı xüsusi sahələrdə istifadə olunduğunu dəqiqləşdirməyib.

Onun sözlərinə görə, zirehli avtomobilə edilən bu yenilənmələrdə müxtəlif silahlı münaqişələrdə, o cümlədən Suriyada yüngül təkərli maşınlardan istifadə təcrübəsi nəzərə alınıb.

- Avtomobilin damında olan atıcı indi döyüş tapşırığını yerinə yetirərkən güllə və qəlpələrdən daha az əziyyət çəkir. Zirehli şüşə pəncərələrin olması kifayət qədər yaxşı görüntünü və düşməni vaxtında aşkarlamağa imkan verir", - agentliyin həmsöhbəti qeyd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam