Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"İsrail Türkiyəyə istənilən yardımı göstərməyə hazırdır" -RƏSMİ

"İsrail Türkiyəyə istənilən yardımı göstərməyə hazırdır"
İsrail İstanbulun mərkəzindəki İstiqlal küçəsində baş verən partlayış nəticəsində insanların həlak olması ilə bağlı Türkiyəyə başsağlığı verir və hadisə ilə bağlı Türkiyə tərəfinə hər cür yardım göstərməyə hazırdır.
Yenixeber.org: Bunu İsrailin müdafiə naziri Benni Qants deyib.
“İsrailin müdafiə qurumu istənilən yardımı göstərməyə hazırdır. Son bir saat ərzində mən həmkarım, Türkiyənin müdafiə naziri Hulusi Akarla danışdım və ona İsrail müdafiə qurumu adından və şəxsən öz adımdan başsağlığı verdim”, - deyə nazir bildirib.

O, bu faciənin bütün qurbanlarına, Türkiyə hökumətinə və xalqına başsağlığı verdiyini vurğulayıb.

“Bu hücum bizim hamımızın günahsız dinc sakinlərə zərər vurmaq istəyən qaniçən terrorçulara qarşı mübarizə sahəsində əməkdaşlığı dərinləşdirməyə davam etməli olduğumuzu xatırladan ağrılı bir mesajdır. Biz bu gün bu istiqamətdə çalışırıq və bundan sonra da fəaliyyətimizi davam etdirəcəyik”, - israilli nazir bəyan edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam