Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ermənistanda Xarici Kəşfiyyat Xidməti yaradılır

Ermənistanda Xarici Kəşfiyyat Xidməti yaradılır
Ermənistan hökuməti cümə axşamı keçirilən iclasda “Xarici kəşfiyyatın fəaliyyəti və xidməti haqqında” qanuna dəyişiklik layihəsini qəbul edib. Layihə Xarici Kəşfiyyat Xidmətinin yaradılmasını nəzərdə tutur.
Yenixeber.org:  Qanun layihəsini təqdim edən ədliyyə nazirinin müavini Qriqor Minasyan bildirib ki, xidmət Ermənistanın baş naziri yanında xüsusi orqan kimi fəaliyyət göstərəcək. Yeni bölmə hərbi hissə sayılmayacaq, bu da onu müxtəlif sahələrdən olan mülki mütəxəssislərlə təmin etməyə imkan verəcək.

Eyni zamanda üç illik keçid dövrü müəyyən ediləcək ki, bu müddət ərzində Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti və xarici kəşfiyyat vəzifələrini yerinə yetirən digər idarələr bu funksiyaları mərhələli şəkildə yeni xidmətə keçirəcəklər.

“Bunun üçün biz əmin olmalıyıq ki, yeni qurum kifayət qədər səmərəli işləyir”, - Baş nazir Nikol Paşinyan bildirib.

Qanun layihəsi ən qısa zamanda parlamentə təqdim olunacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam