Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Diplomatların və hərbi attaşelərin Zəngilana səfəri başlayıb

Diplomatların və hərbi attaşelərin Zəngilana səfəri başlayıb
Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin dekabrın 10-da Zəngilan rayonuna səfəri başlayıb.
Yenixeber.org: Səfər proqramında, iqamətgahı Bakıda və Ankarada yerləşən 70-ə yaxın səfirlik və 10-dan çox beynəlxalq təşkilatın nümayəndələri - səfirlər, rəhbər şəxslər və digər diplomatlar, hərbi attaşelər, həmçinin Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər. Ümumilikdə 150-yə yaxın iştirakçını Bakı və Ankara şəhərlərindən daşıyan təyyarələr Zəngilan Beynəlxalq Hava Limanına eniş edib.

Diplomatlar, xarici ölkələrin səfirləri, hərbi attaşeləri və beynəlxalq təşkilatların təmsilçiləri əvvəlcə Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olublar. Azərbaycan Respublikasına viza tələb olunan diplomatlara bu hava limanında ilk dəfə “ASAN Viza” sistemi vasitəsilə elektron viza rəsmiləşdirilib.

Diplomatik korpusun nümayəndələri səfər çərçivəsində Zəngilan və Qubadlı şəhərlərində bərpa və yenidənqurma işləri ilə tanış olacaq, həyata keçiriləcək layihələr barədə məlumat əldə edəcəklər.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam