Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

Qərbi Azərbaycandan deportasiya olunanların siyahıya alınmasına belə başlanılıb

 

“Ötən əsrdə Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın siyahıya alınma prosesi ən sonuncu: 1988-91-ci illərdə çıxarılanlar üzərindən aparılır”.

Yenixeber.org:  Bu barədə Qərbi Azərbaycan icmasının mətbuat katibi Ülviyyə Zülfiqar bildirib.

“Xronologiya baxımından ən sonuncu deportasiya (1988 - 91-ci illər) ən yaxın zamandır. Bu tarixdə deportasiya olunan soydaşlarımızın əksəriyyəti həyatdadır və əllərində pasportları, Ermənistan SSR-də təhsil aldıqlarına dair, eləcə də mülkiyyətləri ilə bağlı sənədlər var. İşimizin daha sürətli getməsi üçün bu zaman kəsimindən başlamışdıq. Hazırda həmin dövrdə azərbaycanlıların yaşadığı 300 yaşayış məntəqəsindən 150-dən çoxunun əhalisi siyahıya alınıb və bu istiqamətdə iş davam etdirilir”.

Mətbuat katibi bildirib ki, yanaşı olaraq digər deportasiyalar (1905,1918-20,1948-53) zamanı ata-baba yurdlarından çıxarılan Azərbaycanlılar da qeydiyyata alınır, lakin hələ 1988-91-ci illərə fokuslanılıb. Bu proses yekunlaşandan sonra tam şəkildə digər illərdə zərər görənlərin və onların varislərinin qeydiyyatı aparılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam