Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Narkotik qarşılığında xarici ölkə vətəndaşına narkokuryerlik edən iki nəfər saxlanılıb

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Ağcəbədi rayon sakinləri Azər Həsənli və Həsən Hüseynov rayonunun Sarıcalar kəndi ərazisində saxlanılıblar.

Yenixeber.org: Həmin şəxslərdən təmiz çəkisi 2 kiloqram 55 qram olan narkotik vasitə - heroin və 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər ifadələrində narkokuryerlik etdiklərini etiraf ediblər.

Araşdırmalar zamanı A.Həsənlinin və H.Hüseynovun kənd ərazisində gizlədilən narkotik vasitələri götürərək Bakı şəhərində qabaqcadan təyin olunan yerə çatdırmalı olduqları müəyyən edilib. Həmin narkotacir isə narkokuryerlərə  bunun müqabilində 50 qram heroin verəcəyini vəd edib.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam