Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Zərurət yaranarsa, prokurorluq və DTX əməkdaşları İrana ezam olunacaq -Baş Prokuror

Zərurət yaranarsa, prokurorluq və DTX əməkdaşları İrana ezam olunacaq - Baş Prokuror

Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunun istintaqı ilə bağlı İran tərəfinə çoxlu suallarımız var.

Yenixeber.org: Bunu Respublikanın Baş Prokuroru Kamran Əliyev “Real TV”yə müsahibəsində deyib.

Kamran Əliyev bildirib ki, bizim üçün bir sıra qaranlıq məqamlar var.

“Bu şəxsin yarım saatdan artıq müddətdə bizim diplomatik korpusa silahlı basqın etməsi və buna qarşı təhlükəsizlik orqanları tərəfindən heç bir tədbir görülməməsi, avtomatı necə əldə etməsi qaranlıq qalır. Onun iki odlu silahı olub. İran mətbuatında xəbər yayılıb ki, həmin şəxs psixiatriya xəstəxanasına yerləşdirilib. İşin halları da göstərir ki, bu, təşkil olunub. Cinayətin iştirakçıları, sifarişçiləri və icraçıları məsuliyyətə cəlb olunmalıdırlar. Biz bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə İran tərəfinə hüquqi yardım haqqında vəsatət hazırlayırıq. Zəruri olsa, bizim Prokurluq və DTX əməkdaşları İrana ezam olunacaqlar”,-deyə K.Əliyev qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam