Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Pakistan məhkəməsi İmran Xanın həbsinə yeni order verdi

Bu gün Pakistanın paytaxtı İslamabadın rayon məhkəməsi ölkənin keçmiş baş naziri və müxalif Ədalət Uğrunda Hərəkat Partiyasının sədri İmran Xanı qadın hakimə və polisə hədə-qorxu gəlmək, ədəbsiz sözlər işlətməkdə ittiham edərək həbsinə yeni order verib.
Yenixeber.org: Məhkəmə qərarına əsasən, Xan zaminə buraxılmaq hüququ olmadan həbs olunmalı və martın 29-dək məhkəmə qarşısına çıxarılmalıdır.
Məlumata görə, keçmiş baş nazirə qarşı hazırda Pakistanın müxtəlif məhkəmələrində ən azı 37 cinayət işi açılıb.
Xatırladaq ki, Xan 2022-ci il aprelin 10-da ona etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən uzaqlaşdırılıb. Bundan bir qədər əvvəl o hökumətinin ABŞ və yerli müxalifət tərəfindən təhdid edildiyini bildirmişdi. Sabiq baş nazir həmçinin dəfələrlə ona qarşı aparılan siyasi proseslərin xaricdən ilhamlandığını və maliyyələşdirildiyini iddia edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam