Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Hərbçilər sərhədçilərlə əvəzlənsə, eskalasiya ehtimalı azalar - Mirzoyan

 

"Azərbaycanla sərhəddə hərbçilərin sərhədçilərlə əvəzlənməsi yeni eskalasiya ehtimalını azaltmağa imkan verəcək". 

Yenixeber.org:  Bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Şimali makedoniyalı həmkarı, ATƏT sədri Buyar Osmani ilə İrəvanda keçirdiyi birgə mətbuat konfransında qeyd edib. 

XİN başçısı əlavə edib ki, artıq bəzi ərazilərdə sərhədçilər xidmət göstərir. 

"Təcrübə göstərir ki, orada toqquşma ehtimalı ordu hissələrinin yerləşdiyi seqmentlərlə müqayisədə daha azdır", - Mirzoyan vurğulayıb. 

Qeyd edək ki, aprelin 11-də Azərbaycan-Ermənistan sərhədində itkilərlə nəticələnən toqquşma yaşanıb. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatında bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Təxribatların qarşısını alarkən Azərbaycan ordusunun 3 hərbi qulluqçusu şəhid olub. Ermənistan Müdafiə Nazirliyi isə toqquşma zamanı 4 erməni hərbçinin öldüyünü, 6-sının yaralandığını açıqlayıb.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam