Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Tələbələrə inklüziv təhsillə bağlı seminar keçirilib -FOTOLAR

 
2 aprel – Ümumdünya Autizm Günü ilə əlaqədar bütün dünyada aprel ayı “Dünya Autizm Maarifləndirmə ayı” kimi qeyd olunur
Yenixeber.org: Bununla əlaqədar aprelin 13-də ASAPES-in Sosial elmlər kafedrasının müəllimi, korreksion pedaqoq Aynur Abdullayeva “İnklüziv təhsil” mövsuzunda ASAPES SABAH S130A1 “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisasında təhsil alan tələbələr üçün interaktiv seminar keçib.
Tədbir zamanı müasir dövrdə inklüziv təhsilin vacibliyi, inklüzivliklə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi, müəllimlərə təlimlərin keçilməsi, təhsilin məzmununun gücləndirilməsi, valideynlərdə, məktəblilərdə və tələbələrdə inklüziv təhsilə müsbət münasibətin aşılanması, uşaqlara düzgün və effektiv yanaşma metodikası ilə bağlı müzakirələr aparılıb, həmçinin tələbələrlə birlikdə müxtəlif interaktiv oyunlar və qrup işləri hazırlanıb.
Qeyd edək ki, Aynur Abdullayeva Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə “Tələbələrin İnkişaf və Əməkdaşlıq Platforması” layihəsi çərçivəsində təhsilin idarə edilməsi və pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələr üçün təşkil edilmiş “EduCamp 2023” düşərgəsində təlimçi kimi iştirak edib.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam