Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Güləşçilərimiz Rusiyada beynəlxalq yarışda iştirak edəcəklər

Azərbaycan idmançıları aprelin 29-30-da İdman Kompleksində Buryatiya Respublikasının Dövlət Başçısı Aleksey Tsıdenovun mükafatları uğrunda sərbəst güləş üzrə XXV "Baikal Open - 2023" beynəlxalq turnirində iştirak edəcəklər.

Yenixeber.org: Bu barədə Rusiya mətbuatı xəbər verir.

Qeyd edilir ki, xalça üzərində 14 ölkənin idmançıları bir araya gələcəklər: Rusiya, Azərbaycan, Qırğızıstan, Monqolustan, Belarus, Makedoniya, Mərakeş, Moldova, Qazaxıstan, Hindistan, Türkiyə, Koreya, Tacikistan və Ermənistan.

Ən güclü güləşçilər Buryatiya rəhbərinin mükafatları uğrunda beynəlxalq turnirdə iştirak edəcəklər. Nüfuzlu turnirin mükafat fondu 3,2 milyon rubl təşkil edəcək.

Yarışa ümumilikdə 228 idmançı qatılacaq. Onlar 10 - 57, 61, 65, 70, 74, 79, 86, 92, 97, 125 kq çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaqlar.

Buryatiya yığması yarışda 50-dən çox güclü güləşçi ilə təmsil olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam