Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Polis Qubada universitet tələbələri ilə görüşüb-FOTOLAR

Polis Qubada universitet tələbələri ilə görüşüb 

Yenixeber.org: Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin  (ADPU) Quba filialında narkomaniyanın fəsadlarından bəhs edən maarifləndirmə tədbiri keçirilib. 

 “Narkomaniyaya yox deyək” mövzusunda keçirilən tədbirdə çıxış edən RPŞ-nin rəisinin xidmət üzrə müavini,  polis polkovnik-leytenantı Vüsal Rüstəmov  narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb və narkotiklərin bir nəfərin yox, ümumiyyətlə cəmiyyətin problemi olduğunu qeyd edib. O, Daxili İşlər Nazirliyinin (DİN) narkotik vasitələrə qarşı ölkə boyu həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar barədə tələbələri məlumatlandırıb, onları sağlam gələcək naminə narkotik vasitələrdən uzaq durmağa çağırıb. 

Həmçinin çıxış edən RPŞ-nin azyaşlılar üzrə baş inspektoru, polis mayoru Orxan Şahmarov gənclərə daima diqqətli olmalarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumat əldə etdikdə bu barədə valideynlərinə, müəllimlərinə və polisə məlumat vermələrinin vacib olduğunu bildirib. 

Tədbirin sonunda dinləyiciləri  maraqlandıran suallar cavablandırılıb və narkomaniyanın fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam