Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Səbailin də icra başçısı dəyişdirildi

 

Dünəndən mətbuatda icra başçısı postlarında mühüm dəyişikliklərlə bağlı yayılan məlumatlar təsdiqini tapmaqdadır.

 

"Xeberinfo.com":   Məlumata görə, bu saatlarda sözügedən dəyişikliklərlə bağlı sərəncamlar açıqlanacaq. 

 

Redaksiyamıza daxil olan informasiyaya görə, icra başçısı vəzifələrində dəyişikliklər bu şəkildə baş tutub. Belə ki, dünəndən Sumqayıt şəhər icra başçısı vəzifəsindən azad olunan Eldar Əzizov Səbail rayonuna təyinat alıb. Səbailin icra başçısı Asif Əsgərov isə Nəsimi rayonuna icra başçısı göndərilib. Nəsiminin icra başçısı Nəsib Mehməliyev isə tutduğu vəzifədən azad edilib.

Eldar Əzizovun yerinə isə dünəndən mətbuatda qeyd olunduğu kimi Abşeron icra başçısı Zakir Fərəcov təyinat alıb. Zakir Fərəcovun yerinə isə öz  müavinlərindən birinin gətirildiyi deyilir.

Xatırladaq ki, Nizami rayon icra başçısı vəzifəsi də hazırda boşdur. Həmin vəzifəyə də bugünlərdə təyinatın həyata keçiriləcəyi gözlənilir.

Məlumatlara görə, Nəsib Mehməliyev bu ilin noyabrında ölkədə keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyini irəli sürəcək.

“Qafqazinfo”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam