Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Türkiyə və Yunanıstan arasında əldə olunan razılaşmalar açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Miçotakis iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində addımların atılmasına dair razılığa gəliblər.

Yenixeber.org:  Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

R.T.Ərdoğan və K.Miçotakis formalaşmış müsbət atmosferin hər iki ölkənin xeyrinə olduğunu vurğulayıblar.

Dövlət başçıları iki ölkə arasında rabitə kanallarının fəallaşdırılması barədə razılığa gəliblər. Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasının payızda Salonikidə keçirilməsi razılaşdırılıb. Proseslərə rəhbərlik etməklə bağlı xarici işlər nazirlərinə müvafiq tapşırıq verilib.

Həmçinin, liderlər qarşılıqlı təmasların intensivləşməsi haqqında ortaq məxrəcə gəliblər.

Qeyd edək ki, R.T.Ərdoğan və K.Miçotakis bu gün NATO-nun Vilnüsdə keçirilən sammiti ərəfəsində bir araya gəliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam