Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İranda hökumət etirazçılara təzyiqləri artırıb -SƏBƏB

İranda Məhsa Əmininin anım günü ərəfəsində hökumətin etirazçılara təzyiqləri artırıb.

Yenixeber.org: Bu barədə “Azad İran”  İnsan Haqları Təşkilatına istinadla xəbər yayıb.

Bildirilir ki, Qərbi Azərbaycan əyalətinin Bəykəndi (Bukan) şəhərində daha öncə Məhsa Əmininin (ötən il "Əxlaq" polisi tərəfindən hicab bəhanəsi ilə öldürülən 22 yaşlı gənc qız) ailəsinə dəstək məqsədli bəyanat dərc etmiş 56 vəkil məhkəməyə çağırılıb.

Onların beş gün ərzində Bukan şəhər İnqilab Məhkəməsinə gedib izahat vermələri tələb olunub.

Qeyd edək ki, həmin vəkillər ötən ilin sentyabr ayından Məhsa Əmininin ailəsinə dəstək olduqları səbəbi ilə hökumətin təzyiqlərinə məruz qaldıqlarını bildiriblər və bu təqibləri pisləyiblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam