Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub-FOTOLAR

 

18 sentyabr - Milli Musiqi Günü münasibətilə mədəniyyət və incəsənət xadimləri Birinci Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.

Yenixeber.org xəbər verir ki, mərasimdə xalq artisti, Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Xalq artisti Mənsum İbrahimov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov Üzeyir Hacıbəyli irsindən, onun musiqi sahəsinə verdiyi töhfələrdən danışıb.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxışı zamanı Ü.Hacıbəylinin təkbaşına məktəb yaratdığını və onun daim fəxrlə yad ediləcəyini bildirib:

"Bizim bu gün musiqi sahəsindəki bütün uğurlarımız Üzeyir bəylə əlaqəlidir".

Çıxışlardan sonra Üzeyir Hacıbəylinin məzarı üzərinə əklil və gül dəstələri qoyulub.

Sonda mədəniyyət və ictimaiyyət nümayəndələri Birinci Fəxri xiyabanda mədəniyyət və musiqi xadimlərinin məzarlarını da ziyarət edib, abidələri önünə gül dəstələri düzüblər.

Foto: Samirə Həsənova

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam