Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Dövlət Komissiyasının adı dəyişdirildi

 

Nazirlər Kabineti “Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilən proqramlar üzrə Avropa Komissiyası tərəfindən Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürüləcək vəsaitlərin istifadə mexanizmi”nin təsdiq edilməsi barədə” 2009-cu il 12 oktyabr tarixli qərarında dəyişiklik edib.

Xeberinfo.com:  Məlumata görə, bu mexanizm Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilən proqramlar üzrə Avropa Komissiyası tərəfindən Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürüləcək vəsaitlərin istifadə mexanizmini müəyyən edir.

Dəyişiklik “Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyası”nın adının dəyişdirilərək “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyası” adlandırılmasını özündə ehtiva edir. Başqa sözlə, indiyə qədər İqtisadiyyat və Sənaye Nazirliyi benefisiar təşkilatlardan alınan hesabatları icmallaşdırıb və rübdə bir dəfə (növbəti rübün birinci ayının 30-na qədər) Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasına təqdim edib. Dəyişikliyə əsasən bundan sonra İqtisadiyyat və Sənaye Nazirliyi benefisiar təşkilatlardan alınan hesabatları icmallaşdıracaq və rübdə bir dəfə (növbəti rübün birinci ayının 30-na qədər) Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasına təqdim edəcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam