Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildi

 

Şəki şəhərində yaşadığı mənzili əxlaqsızlıq yuvasına çevirmiş qadın cinayət məsuliyyətinə cəlb edilib.

Yenixeber.org xəbər verir ki, Şəki Şəhər Məhkəməsinin hökmü ilə şəhər sakini 1969-cu il təvəllüdlü Dilbər Yusifova (şərti ad-soyadlı) 1 il 6 ay müddətə həbs edilib. O, məhkəmə zalındaca tutularaq cəzasını çəkəcəyi müəssisəyə göndərilib.

Bildirilib ki, D.Yusifova pul qarşılığında müxtəlif şəxslərlə görüşən həmcinslərinə öz evində şərait yaradıb və əldə edilən pulun yarısını özünə götürüb. Onun əxlaqsızlıq yuvası yaratmaqla yanaşı, bir neçə qadını fahişəliyə cəlb etməsi də müəyyən edilib.

İstintaq zamanı ifadə verən şəxslər bildiriblər ki, D.Yusifovanın evinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsini xeyli insan bilib və orada mütəmadi görüşlər təşkil edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 243 və 244-cü (Fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvası saxlama) maddələri ilə cinayət işi açılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam