Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Terror fəaliyyətində iştirak edənlər vətəndaşlıqdan məhrum ediləcək

Terror fəaliyyətində iştirak edən Azərbaycan vətəndaşları vətəndaşlıqdan məhrum ediləcək

 

 

 
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklik ediləcək. 
 
Xeberinfo.com:  Məlumata görə, bununla bağlı layihə bu gün Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitəsinin birgə iclasında müzakirəyə çıxarılacaq. 
 
Layihəyə əsasən Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı 18-ci maddəyə yeni əlavələr (3-1, 3-2) ediləcək. Beləliklə, Azərbaycan Respublikasının vətəndaşı terror fəaliyyətində iştirakı və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi (3-1) və Azərbaycan Respublikasının vətəndaşının dini ekstremist fəaliyyət və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak etməsi və ya həmin fəaliyyətə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə silahlı qrup yaratması Azərbaycan vətəndaşlığının itirilməsi ilə nəticələnəcək. 
 
Qanun layihəsi bu gün komitələrin birgə iclasında müzakirədən sonra dekabrında 4-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam