Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Türkiyənin yeni səfiri vəzifəsinin icrasına bu tarixdət başlayacaq -AÇIQLAMA

Türkiyənin yeni səfiri Birol Akgünün Azərbaycanda diplomatik fəaliyyətinə nə vaxt başlayacağı məlum olub.

Yenixeber.org-un məlumatına görə, diplomatın gələn ay Bakıya gələcəyi və fevralın 1-dən vəzifəsinin icrasına başlayacağı gözlənilir.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Birol Akgün bundan əvvəl Türkiyə Maarif Fondunun sədri olub.

Prezidentin qərarına görə, əsasən, xarici işlər nazirinin müavini və Türkiyənin bir sıra ölkələrdəki səfirliklərinə də təyinatlar olub. Belə ki, Zeki Levent Gümrükçü xarici işlər nazirinin müavini təyin edilib. Eyni zamanda, Ferhat Alkan Türkiyənin Mozambikdə səfiri, Prezidentin baş müşaviri Yakup Caymazoğlu isə İordaniya Haşimilər Krallığında səfir təyin olunublar. Dövlət başçısı Kuba və BƏƏ-yə də yeni səfirlər təyin edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam