Səbuhi Rzazadənin naziri idarəetmə taktikası və kommunikasiya böhranı -1,5 milyonluq PR-media büdcəsi kimin maraqlarına xidmət edir?

Jurnalistin döyülməsinə haqq qazandıran bəyanatın müəllifi…
Bir güllə ilə iki quş vurmaq - həm Eşqi Bağırovu hədəfə gətirmək, həm də media sahəsində güc göstərmək...S.Rzazadənin nazir Emin Əmrullayevlə birbaşa məsləhətləşmədən dərhal sonra məlum açıqlamanı hazırlayaraq, icra üçün "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Çingiz Səfərliyə ötürdüyü bildirilir.
Yenixeberorg.az: Bu sətirlər jurnalist Samir Feyruzovun FB səhifəsidə paylaşdığı statusunda yer alır:
225 saylı məktəbdə baş verən faciə və ardınca jurnalistlərə qarşı baş verən fiziki zorakılıq ölkənin təhsil sistemindəki dərin böhranı bir daha ortaya çıxardı. Elm və Təhsil Nazirliyinin rəsmi mətbu orqanı olan “Azərbaycan müəllimi” qəzetinin 28 oktyabr tarixli və “jurnalisti döymək olmaz, amma jurnalistikanın da sərhədləri var” başlıqlı rəsmi mövqeyi ictimaiyyətdə ciddi və haqlı narazılıq dalğası yaratmış oldu. Nazirliyin mətbu orqanının jurnalistlərin döyülməsi faktını arxa plana keçirməsi, hücuma məruz qalan media nümayəndələrini günahlandırması və dolayısı ilə hadisəyə bəraət qazandırması dövlət etikasından kənar bir mənzərə ortaya qoydu. Bu bir daha göstərdi ki, ETN öz fəaliyyətini dövlətçilik prinsipləri əsasında deyil, ayrı-ayrı şəxslərin ambisiyaları, maraqları və avtoritetliyi üzərində həyata keçirir.
Əldə etdiyim məlumatlara görə, "Azərbaycan müəllimi" qəzetinin yaydığı bəyanatın əsl müəllifi, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzazadədir.
Bir güllə ilə iki quş vurmaq - həm Eşqi Bağırovu hədəfə gətirmək, həm də media sahəsində güc göstərmək...
S.Rzazadənin nazir Emin Əmrullayevlə birbaşa məsləhətləşmədən dərhal sonra məlum açıqlamanı hazırlayaraq, icra üçün "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Çingiz Səfərliyə ötürdüyü bildirilir. İlkin mərhələdə nazirlik daxilində belə bir aqressiv açıqlamanın yayılmasının ziyanlı tərəfləri müzakirə edilsə də, S.Rzazadə naziri inandıra bilib ki, bu taktika quruma yönələn tənqidləri minimuma endirəcək və bütün hücumlar Məktəbəqədər və Ümumtəhsil üzrə Agentliyin direktoru Eşqi Bağırovun üzərinə yönələcək.
S.Rzazadənin planlaması əsasında bu hücumların E.Bağırova yönləndirilməsi də təsadüf deyil, çünki onun nazir E.Əmrullayevlə münasibətləri çox soyuqdur. E.Əmrullayevlə E.Bağırov arasındakı münasibətlərdə uzun müddətdir davam edən soyuqluğun dərinləşməsində məhz S.Rzazadənin bölücü kommunikasiya siyasəti dayanıb. Hətta bu günə qədər müxtəlif media qurumlarında və sosial şəbəkələrdə E.Bağırovun əleyhinə yazılan məqalələrin məhz Nazirlikdən qaynaqlandığı və bu prosesin S.Rzazadə tərəfindən idarə etdiyi qeyd olunur. Məlumatları şəxslər bilirlər ki, həqiqətən də E.Bağırov E.Əmrullayevin adamı kimi o vəzifəyə təyin edilməyib. E.Bağırovun hər üç müavini isə birbaşa nazirin adamıdır.
Məlum açıqlamanın yayılmasında əsas hədəflərdən birinin E.Bağırovun ictimai reputasiyasına zərbə vurmaq olduğu hazırda Nazirliyin koridorlarından ən çox danışılan məsələdir. Agentlik direktorunun əleyhinə kampaniya xarakterli materialların təşkilatlanması da bu iddiaları rəsmiləşdirir. Poses birbaşa nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən idarə olunub.
1,5 milyon manatlıq PR və media şöbəsi... Bəs nəticə?
Qısa araşdırma apardım və məlum oldu ki, S.Rzazadənin rəhbərlik etdiyi şöbəyə PR istiqaməti və mediaya əməkdaşlıq məqsədilə dövlət büdcəsindən ildə 1-1,5 milyon manat vəsait ayrılır.
Mediada öz yaxın çevrəsini əməkdaşlığa cəlb edən S.Rzazadə hazırda 1,5 milyon manatlıq büdcənin başında oturub. PR və media sahəsinə ildə 1,5 milyon manat vəsaitin şəffaf şəkildə xərcləndiyi sübuta yetirilə bilməz. Vəsaitlərin böyük bir hissəsi “Təhsil TV”yə yeri gəldi-gəlmədi alınan texniki avadanlıqlar vasitəsilə silinir. Bununla yanaşı, “Azərbaycan müəllimi” qəzetinin kağız və elektorun abunə pullarına da nəzarət məhz S.Rzazadənin nəzarətindədir.
Amma məsələ bununla bitmir və ən maraqlısı da budur. Yəqin ki, bu məsələ aidiyyəti dövlət qurumlarının diqqətini cəlb etməlidir.
S.Rzazadə hal-hazırda xəbər saytları almaqla məşğuldur, artıq bir neçə saytı və sosial şəbəkə hesablarını pul ödəyərək alıb. Həmin saytların adları, hansı şantaj üsullarla ələ keçirilməsi barədə dəhşətli məlumatlar var.
S.Rzazadə bu gün nazir Emin Əmrullayevin qərarlarına ən çox təsir edə bilən, onun üzərində ciddi manipulyasiya imkanları olan bir nömrəli şəxsə çevrilib. Bunu hər kəs bilir ki, naziri və nazirliyi ictimaiyyətdən təcrid edən məhz bu adamdır.
Bu günə qədər Elm və Təhsil Nazirliyinin müsbət imicinin qurulması, cəmiyyətdə etimad mühitinin yaradılması və strukturun real reputasiyasının yüksəldilməsi istiqamətində heç bir fundamental və sistemli iş görülməyib. PR və kommunikasiya sahəsi mahiyyət etibarilə iflic vəziyyətindədir. Bəs 1,5 milyon manat nəyə xərclənir, ortada görünən hansı səmərəli fəaliyyət var?
Bu problemin kökündə S.Rzazadənin nazir E.Əmrullayevə aşıladığı “sükut və laqeydlik” strategiyası dayanır. Təhsil sistemindəki çoxsaylı idarəçilik nöqsanları, məktəblərdəki problemlər və cəmiyyəti narahat edən neqativ hallar barədə mediada dərc olunan əsaslı tənqidi məqalələrə, ictimai etirazlara "fikir verməmək", onları sadəcə görməzdən gəlmək taktikası birbaşa şöbə müdirinin nazirə verdiyi əsas məsləhətdir.
S.Rzazadə naziri inandırmağa çalışır ki, medianın tənqidlərinə reaksiya verməmək rəsmi qurumun üstünlüyüdür. Qurulan bu süni “zona” yalnız S.Rzazadənin maraqlarına xidmət edir, nəticədə nazirlik, onun strukturları, bütün əməkdaşları “sakit və laqeydlik” strategiyasının qurbanlarına çevrilirlər. Bütün bunlar ona görə baş verir ki, S.Rzazadə naziri arxayınlaşdıraraq, pulunu qazansın.









AZ
RU