"Vikinq" -"Sabah" matçının hakimləri müəyyənləşib

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunun "Vikinq" - "Sabah" matçının hakim təyinatları müəyyənləşib.
Yenixeberorg.az xəbər verir ki, Norveçdə baş tutacaq qarşılaşmanı niderlandlı FIFA referisi Sander van der Eyk idarə edəcək.
Ona həmyerliləri Rens Blumink və Stefan De Xrot kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Coey Koy yerinə yetirəcək.
Video köməkçi hakim Yeroen Mansxot, onun assistenti isə fransalı Jerom Brizar olacaq.
Qeyd edək ki, “Vikinq” - “Sabah” qarşılaşması noyabrın 5-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.









AZ
RU