Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

İran səfiri Rusiya ilə imzalanacaq strateji sənəddən danışdı

 

İran və Rusiya arasında hərtərəfli strateji əməkdaşlıq haqqında saziş 47 maddədən ibarətdir.

Yenixeber.org xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali prezident Məsud Pezeşkianın  bu həftə Rusiyaya gözlənilən səfəri zamanı imzalanacaq sənədi şərh edərkən bildirib.

Oəyan edib ki,  strateji əməkdaşlıq haqqında saziş ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edir.

“Bu müqavilə giriş hissəsi və 47 maddədən ibarətdir. Əgər bu imzalansa və həyata keçirilərsə, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın səviyyəsi xeyli yüksələcək”, - deyə Cəlali qeyd edib.

Bundan əvvəl Rusiya və İran hərtərəfli strateji tərəfdaşlıq sazişi barədə razılığa gəliblər.

Keçən ilin dekabrında İranın Moskvadakı səfiri Kazım Cəlali bildirmişdi ki, İran prezidenti Məsud Pezeşkian yanvarın 17-də Rusiya paytaxtına səfər edəcək və səfər zamanı iki ölkə arasında münasibətlərin əsasları və əməkdaşlıq prinsipləri haqqında mövcud sənədi əvəz edəcək saziş imzalayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam