Redaktor seçimi
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Günün xəbəri

"Xalq onu Milli Məclisdən rədd etməlidir"

1QW

 

Bakının Xətai rayonundan əlinə mandat veriib parlamentə göndərilən Araz Əlizadənin Rusiya-Türkiyə gərginliyinin yaranmasında rəsmi Ankaranı ittiham etməsi təkcə siyasilər arasında birmənalı qarşılanmayıb. Deputatın Türkiyənin bu məsələdə haqsız olduğu ilə bağlı fikirlər səsləndirməsi sənət adamlarını da hiddətləndirib.

Xeberinfo.com :  Məlumata görə, ona etiraz edənlərdən biri də Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əli Nurdur. Ə.Nur sosial şəbəkə vasitəsilə Türkiyənin Azərbaycan üçün etdiklərini gözardı edənləri vətən xaini adlandırıb: “Əgər Türkiyə – 1915-ci ildə (Baş nazir Tələt Paşa), 1918-ci ildə (Hərbi nazir Ənzər Paşa),1920-ci ildə (Sayın Atatürk), – olmasaydı, Cənubi Qafqazda Azərbaycan adlı məmləkət olmayacaqdı. Bunu bilməyənlər şərəfsiz, satqın və milli xainlərdir”

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Ramiz Məlik də həmkarının dediklərinə dəstək verib: “O nankora bütün xalq öz münasibətini bildirməlidir. Xalq onu Milli Məclisdən rədd etməlidir. Yoxsa bu nankor çox oyunlardan çıxacaq”.
Qeyd edək ki, noyabrın 24-də Türkiyə Suriya ilə sərhəddə Rusiyaya məxsus “Su-24” hərbi təyyarəni vurub. Türkiyə tərəfi təyyarənin hava məkanını pozduğu üçün vurulduğunu açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam