Redaktor seçimi
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Günün xəbəri

“Tarixi ziyarətgah yerlərinin hamısının icması olmalıdır”

trend_mubariz_gurbanli_110715_1

 

 

"Azərbaycanda məscidlərlə yanaşı, ziyarətgahların da dini icması olmalıdır. Amma təəssüf ki, Azərbaycanda hazırda 700-ə qədər ziyarətgahın əksəriyyətinin icması yoxdur”.
Xeberinfo.com:   Məlumata görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Nardarandakı Rəhimə Xanım ziyarətgahı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
M. Qurbanlı qeyd edib ki, ora məscid yox, ziyarətgahdır: “Amma buna baxmayaraq, orada da qanunun tələbi ilə icma olmalıdır, lakin təəssüf ki, indiyə kimi olmayıb və qanunsuz fəaliyyət göstərib. Buranın da fəaliyyət göstərməsi üçün icma yaradılmalıdır”.
Komitə sədri bildirib ki, ümumiyyətlə, ölkədəki ziyarətgahlarla əlaqədar yeni qaydaların tətbiqinə ehtiyac var: “Ziyarətgahların hamısı yenidən qeydiyyata alınmalıdır, müəyyənləşdirilməlidir. Tarixi ziyarət yerləri var, bir də kimlərsə tərəfindən yol kənarında, haradasa yaradılan, tarixiliyə bağlı olmayan ziyarətgah deyilən yerlər var. Amma həqiqi tarixi ziyarətgah yerlərinin hamısının icması olmalıdır. Onları icma idarə etməlidir. Əgər icmaları olmayacaqsa, onların heç biri fəaliyyət göstərməyəcək. Çünki qanun buna icazə vermir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam