Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ziya Məmmədova daha bir zərbə: “Azəryolservis” Nəqliyyat Nazirliyindən alındı

1436079790_ziya-1024x766

Saleh Ərşad oğlu Məmmədov “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Xeberinfo.com:   Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti həmçinin Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb.

Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 2007-ci il 22 fevral tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Nazirlər Kabinetinə “Azəryolservis” ASC-nin yeni Nizamnaməsinin və strukturunun layihələrini, Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini bir ay müddətində hazırlamaq və prezidentə təqdim etmək, habelə Nəqliyyat Nazirliyinin balansında olan avtomobil yollarının “Azəryolservis” ASC-nin balansına verilməsini bir ay müddətində təmin etmək, “Azəryolservis” ASC-nin balansına verilən avtomobil yollarının idarə olunması, təmiri, saxlanması, qorunması və yenidən qurulması xərcləri ilə bağlı illik büdcə vəsaitinin Cəmiyyətə ayrılmasını təmin etmək tapşırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam