Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Astarada sel nəticəsinə körpü çöküb-FOTOLAR

 

Astara rayonunun Sərək kəndində sel suları 30 il bundan əvvəl vətəndaşlar tərəfindən kustar üsulla salınan körpünü dağıdıb.

Yenixeber.org: Əsasən kiçik avtomobillərin və piyadaların keçidi üçün nəzərdə tutulan körpü tam yararsız hala düşüb.

Sel suları əsasən, körpünün torpaq qatını yuyub, üst hissəsini tamamilə dağıdıb və körpü çöküb.

Sakinlər bildiriblər ki, körpü qısa müddətdə təmir olunmasa, kəndlərin rayonla əlaqəsi tamamilə kəsiləcək.

Bələdiyyə sədri Mehman Quliyev APA-ya deyib ki, qəzalı körpü 3 kəndi - Sərək, Deqadi və Səlivə kəndlərini birləşdirir və təqribən 600 təsərrüfat, 2500-ə yaxın sakin körpüdən istifadə edir. Əraziyə müvafiq qurumlar tərəfindən baxış keçirilib, qısa müddətdə körpü əvvəlki vəziyyətinə qaytarılaraq əhalinin istifadəsinə veriləcək.

Qeyd edək ki, sözügedən körpünün eni təqribən 5 metr, uzunluğu isə 20 metr təşkil edir.(Apa)

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam